İyunun 13-də Elm və Təhsil Naziri, cənab Emin Əmrullayev İctimai Şuranın yeni tərkibi ilə görüşdü və üzvləri təbrik etdi. Görüşdə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli özəl-dövlət tərəfdaşlığı istiqamətində mümkün əlaqələrin inkişaf etdirilməsi perspektivləri barəsində fikirlərini bölüşdü. Cənab nazirə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın yeni tərkibini qəbul etdiyi və fikir mübadiləsi üçün geniş şərait yaratdığına görə təşəkkür edirik.