Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Noyabrın 16-da Bakı Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində Kiçik və Orta Sahibkarlıq üzrə Dünya Forumu (SME World Forum 2023) keçirilib.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Kiçik Biznes üzrə Beynəlxalq Şuranın (ICSB) təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, biznes assosiasiyalar və iş adamları iştirak ediblər.Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli də Forumda iştirak edib.
 Qeyd edək ki, 13-16 noyabr tarixlərində Dünya Forumu çərçivəsində məktəblilər üçün təşkil olunan "Gələcək sahibkarların hazırlanması” təlimlərinə XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi yaxından töhfə verdiyi üçün, Kiçik Biznes üzrə Beynəlxalq Şura ( International Council for Small Business (ICSB) Mərkəzə və Assosiasiya sədri Heydər Eminliyə xüsusi mükafat təqdim edib.