KOBİA yanında İctimai Şura olaraq bir araya gəldik
Dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında üçtərəfli tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində aparılan müzakirələrdə şura üzvləri və agentliyin nümayəndələrinin fikir və təklifləri səsləndirildi.
Biznes assosiasiyalarının fəaliyyətinin genişləndirilməsi, qanunvericilik aktlarının qəbulu zamanı sahəvi assosiasiyaların rəy və təkliflərinin öyrənilməsinin əhəmiyyəti bir daha agentlik rəsmilərinin diqqətinə çatdırıldı.
Sonda gələcək əməkdaşlıq və qarşılıqlı fəaliyyətin təmin olunması üçün təkliflər səsləndirildi.
Səmimi qəbul üçün Agentliyin icraçı direktoru Aygün xanıma KOBİA yanında İctimai Şura adından təşəkkürümüzü bildiririk.