Heydər Eminli Müasir İnnovasiyalar Liseyində
Görüş çərçivəsində Liseyin direktoru Sevinc xanım Əliyeva Müasir İnnovasiyalar Liseyinin nailiyyətləri və təlim-tədrisin təşkili haqqında məlumat verdi. Milli və Beynəlxalq Kembric kurikulumlarını tətbiq edən Müasir İnnovasiyalar Liseyi ilə Assosiasiya arasında ortaq əməkdaşlıq imkanları, təhsilalanların akademik və sosial-mədəni fəaliyyətlərinin bundan sonra da ortaq təşkili perspektivləri müzakirə olundu.
Dəvət üçün MİL rəhbəri Sevinc xanıma və pedaqoji heyətinə təşəkkür edir və məktəbin fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.