Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli Avropa Azərbaycan Məktəbində

30 may tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın yeni üzvü Avropa Azərbaycan Məktəbinin European Azerbaijan School qonağı oldu.
Görüş çərçivəsində Məktəbin direktoru cənab Francesco Banchini Avropa Azərbaycan Məktəbinin nailiyyətləri haqqında məlumat verdi. Beynəlxalq Bakalavriat (IB) dəyərlərini uğurla tətbiq edən Avropa Azərbaycan Məktəbi ilə Assosiasiya arasında əməkdaşlıq imkanları, gənc müəllimlərin akademik və peşəkar hazırlığı, təhsilalanların akademik və sosial-mədəni fəaliyyətlərinin ortaq təşkili perspektivləri müzakirə olundu. 
Dəvət üçün Avropa Azərbaycan Məktəbinin rəhbəri Françesko müəllimə və komandasına təşəkkür edir və məktəbin  fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.