I Super Liqa Oyunları çərçivəsində minifutbol çempionatı
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası tərəfindən assosiasiyaya üzv məktəblər arasında təşkil olunan I Super Liqa Oyunları çərçivəsində minifutbol çempionatı 27 apreldə yekunlaşdı.
Finalda
Hədəf Liseyi komandası ilə
Evrika Liseyi komandası gərgin mübarizə apardılar.
Çempionatın qalibi
Evrika Liseyi komandası oldu. Çempionatın 3-cü yeri uğrunda Zirvə Liseyi və LANDAU School mübarizə apardı. Bərabər hesabla bitən oyun sonrası penalti hissəsində
Zirve liseyi komandası fərqlənə bildi.
I Super Liqa Oyunlarının direktoru, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli və dəyərli qonaqlar qalibləri sertifikat və medallarla, həmçinin 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandaları Super Kubokla təltif etdilər.