Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib
31 may 2022 tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təqdimatı keçirildi. Təqdimat mərasimində Azərbaycan respublikasının təhsil naziri cənab Emin Əmrullayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbəri cənab Orxan Məmmədov, həmçinin dövlət və özəl sektorun nümayəndələri və özəl təhsil müəssisələrinin rəhbərləri iştirak etmişdirlər.
Tədbir çərçivəsində yeni yaradılmış Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli təqdimatla çıxış edərək təşkilatın fəaliyyəti barədə məlumat verib. Tədbirdə həmçinin təhsil sahəsində sahibkarlıqla məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə beynəlxalq təcrübə və dövlət-özəl əməkdaşlığı müzakirə edilib.
Tədbirdə mövzu ilə bağlı müzakirələr aparılıb, sahibkarların təklifləri dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən biznes subyektlərini maraqlandıran suallar cavablandırılıb.