Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasına yeni üzvlüyə qəbul olunan müəssisələrlə görüş

Oktyabrın 6-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasına yeni üzvlüyə qəbul olunan müəssisələrlə görüş keçirilib. Görüşdə Assosiasiyanın idarə heyətinin sədri Heydər Eminli üzv müəssisələrin, həmçinin dövlət və özəl qurumların nümayəndələrini salamlayaraq assosiasiyanın yeni üzvlərini təbrik etdi və onlara fəaliyyətlərində uğurlar arzuladı. Tədbirin qonaqlarından millət vəkili Ceyhun Məmmədov özəl təhsil sektorunun ölkə təhsilinə töhfələrindən danışdı və dövlət-özəl tərəfdaşlığı üçün assosiasiyanın əhəmiyyətini qeyd etdi. 
Görüş zamanı müasir təhsilin inkişaf perspektivləri, ölkə təhsilində mövcud vəziyyət və qlobal təcrübə müzakirə olundu. Həmçinin, təhsil sahəsində dövlət-özəl tərəfdaşlığının inkişaf yolları və özəl təhsil sektoru daxilində qarşılıqlı əməkdaşlıq imkanlarının yaradılması müzakirə edildi.