Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

(KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirildi

Noyabrın 29-da Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibinin formalaşdırılması üçün seçkilər keçirildi. Seçkilərin nəticələrinə əsasən, KOBİA yanında İctimai Şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib. Seçkinin nəticələrinə əsasən Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydar Eminli də şuraya üzv seçilib. Seçkilərdə qalib gələn bütün üzvləri təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.