Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

(KOBİA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi.

Dekabrın 2-də Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirildi. İclasda Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli də iştirak etmişdi. 

İclasda şuranın sədri, sədrin müavini və katibi seçilib. Belə ki, növbəti iki ildə KOBİA yanında İctimai Şuraya “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov rəhbərlik edəcək. “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhramanov İctimai Şuranın sədr müavini, “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Nihad Allahyarlı isə şuranın katibi vəzifəsinə seçilib.

İctimai Şuraya seçilmiş bütün üzvləri təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.