Dekabrın 19-da mükafatlandırılma mərasimi oldu
Dekabrın 19-da Hədəf Şirkətlər Qrupunun və UNEC-in birgə təşkilatçılığı ilə keçirilən XII “Fənlərin Dostluğu Olimpiadası”nın (FDO-12) bağlanış və mükafatlandırılma mərasimi oldu. Tədbirdə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli də iştirak etmişdi.
"Fənlərin Dostluğu Olimpiadası"nı fərqləndirən əsas xüsusiyyət iştirakçı şagirdləri fənlər arasında inteqrasiyanı tapmağa və fənlərarası ortaq əlaqələri qurmağa təşviq etmək idi.
Müsabiqənin qaliblərini və bütün iştirakçı şagirdləri təbrik edirik. Həmçinin, FDO-nun şəffaf şəkildə təşkilində
Hədəf Liseyi rəhbərliyinə, qazilərimizə, ideya müəllifi
Şəmil Sadiqə və olimpiada komissiyasına təşəkkür edirik.