Yanvarın 16-da APEIA sədri Heydər Eminli Taskool mərkəzinin qonağı oldu.
Yanvarın 16-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın üzvü
Taskool onlayn təlim və tədris platformasının rəhbərliyinin dəvəti ilə mərkəzin qonağı oldu. Görüşdə şagirdlərə ixtisas seçimlərində praktik dəstək verən, həmçinin öz potensiallarını kəşf etməkdə onlara istiqamət verən TİP (Tanıma və İnkişaf Proqramı) onlayn platformasının şagirdlərə əlçatanlığı müzakirə edildi. Taskool və TİP qurucularına və komandasına uşaqlar üçün şagird mərkəzli proqramları həyata keçirməkdə assosiasiya ilə birgə əməkdaşlıq etdikləri üçün təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.