Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə görüş keçirdi.
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə görüş keçirdi. Agentlik rəhbərliyi Şura üzvlərinə peşə təhsilində son yeniliklər ilə bağlı ətraflı təqdimat verdi.
Sevindirici haldır ki, müxtəlif peşə istiqamətlərinə maraq gənclər tərəfindən hər il artır. Gənclərin müasir dövrün tələblərinə cavab verən emalatxana və laboratoriyalarda işləmələri onların peşəkar kimi formalaşmalarına müsbət təsiri vardır.
Həmçinin, özəl sektorun da peşə təhsilinin inkişafına dəstək verməsi bu sahədə peşəkar mütəxəssislərin daha tez yetişməsinə səbəb olar.
Dəvət üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyinə təşəkkür edir, fəaliyyətlərində uğurlar arzu edirik.
#peşətəhsili #ETNyanındaİctimaiŞura #PeşəAgentliyi #DövlətÖzəlTərəfdaşlığı