4 noyabr tarixində Hədəf Liseyində "Zəfər Günü"nə həsr edilmiş tədbir keçirildi
Tədbirdən sonra qonaqlar Hədəf Liseyinin "Elm-texnika" muzeyi ilə tanış oldu. Liseyin bazasında belə bir muzeyin olması şagirdlərə elmə marağını daha da artırır.
Hədəf Liseyinin elmi təlim-tədris prosesinə praktik şəkildə inteqrasiya etməsi olduqca təqdirə layiqdir. Bu bilik və bacarıqlarla yanaşı şagirdlərə həm də milli-mənəvi və qlobal dəyərlərin əyani yollarla aşılanması da Hədəf Liseyinin prioritet istiqamətlərindəndir.
Hədəf Liseyi rəhbərliyinə dəvət üçün təşəkkür edir və liseyin rəhbərliyinə və pedaqoji heyətinə fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.