Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

I Super Liqa Oyunları çərçivəsində minifutbol çempionatı yekunlaşdı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası tərəfindən assosiasiyaya üzv məktəblər arasında təşkil olunan I Super Liqa Oyunları çərçivəsində minifutbol çempionatı 27 apreldə yekunlaşdı. 🎉

⚽️Finalda Hədəf Liseyi komandası ilə Evrika Liseyi komandası gərgin mübarizə apardılar. 🔥Çempionatın qalibi Evrika Liseyi komandası oldu. Çempionatın 3-cü yeri uğrunda Zirvə Liseyi və LANDAU School mübarizə apardı. Bərabər hesabla bitən oyun sonrası penalti hissəsində Zirve liseyi komandası fərqlənə bildi. 🤩

Çempionatın qalibi Evrika Liseyini təbrik edir, əzmkarlıqla mübarizə aparan bütün komandalara gələcək Super Liqada uğurlar arzu edirik. 🏆🥇🥈🥉
🤝I Super Liqa Oyunlarının direktoru, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli və dəyərli qonaqlar qalibləri sertifikat və medallarla, həmçinin 1-ci, 2-ci və 3-cü yerin qalibi olan komandaları Super Kubokla təltif etdilər. 🏆

🤝Çempionatın bas sponsoru Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası və sponsor və rəsmi tərəfdaşlara, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, British School in Baku, LANDAU School, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Evrika Liseyi, Dərs Evi, Maestro School və American Councils for International Education Azerbaijana təşəkkür edirik.