Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

29 mayda Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı.
Pedaqoji Universitetdə baş tutan imzalanma mərasimində ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, Assosiasiyaya üzv müəssisələrin nümayəndələri, Pedaqoji Universitetin professor-müəllim heyəti iştirak etmişdi.
Sənədə əsasən tərəflər arasında təhsil sahəsinin müvafiq istiqamətləri üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulub.