Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

II Super Liqa- 2024 Məktəblərarası Mini-futbol Çempionatı

Martın 5-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının təşkilatçılığı ilə II Super Liqa- 2024 Məktəblərarası Mini-futbol Çempionatının Püşkatma Mərasimi baş tutdu.
Püşkatma nəticəsində formalaşan qruplar və oyunların cədvəllərini iştirakçı məktəblər və azarkeşlərlə paylaşırıq. 
Super Liqanın baş sponsorları Evrika Liseyi, LANDAU School, Arı Təhsil Mərkəzi və XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və rəsmi tərəfdaşlarımız olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA, Reklam və Marketinq Sahəsinin İnkişafına Dəstək İctimai Birliyi, Div Academy Kids və AMF -ə göstərdikləri qayğı və dəstəyə görə təşəkkür edirik. 
Qeyd edək ki, Super Liqada oynamaq üçün ölkənin 12 özəl məktəbi vəsiqə qazanmışdı. Püşkatmanın nəticələrinə əsasən komandalar müvafiq qruplarda qərarlaşdılar.
2024 Liqasında bütün iştirakçı məktəblərin komandalarına uğurlar arzu edirik. 

Qrup A
LANDAU School
Hədəf Liseyi   
Türk Dünyası Bakü Atatürk Lisesi  
Bakı Modern Təhsil Kompleksi   
European Azerbaijan School   
Kaspi Liseyi 

Qrup B 
ABC - Azerbaijan British College   
Zirve liseyi   
Bakı İstanbul Liseyi   
British School in Baku   
Evrika Liseyi
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi