Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli ABC - Azerbaijan British College qonağı oldu

25 oktyabr tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli ABC - Azerbaijan British College qonağı oldu.
Görüş çərçivəsində Kollecin baş meneceri cənab Alekper Alekperov  Azərbaycan Britaniya Kollecinin nailiyyətləri haqqında məlumat verdi. Britaniya Kurrikulumunu və IGCSE/ A-Level proqramlarını uğurla tətbiq edən Azərbaycan Britaniya Kolleci ilə Assosiasiya arasında əməkdaşlıq imkanları, gənc müəllimlərin akademik və peşəkar hazırlığı, təhsilalanların akademik və sosial-mədəni fəaliyyətlərinin ortaq təşkili perspektivləri müzakirə olundu. 
Dəvət üçün Azərbaycan Britaniya Kollecinin rəhbəri Alekper müəllimə və komandasına təşəkkür edir və kollecin  fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.