Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli assosiasiyanın yeni üzvü DÜNYA Məktəbinin qonağı oldu

18 avqust tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın yeni üzvü DÜNYA Məktəbinin DUNYA School qonağı oldu.
Görüş çərçivəsində Dünya Məktəbinin icraçı direktoru Aygün xanım məktəbin nailiyyətləri haqqında məlumat verdi. Beynəlxalq Bakalavriat (IBDP, MYP, PYP) kurikulumunu və dəyərlərini uğurla tətbiq edən Dünya Məktəbi ilə Assosiasiya arasında əməkdaşlıq imkanları, gənc müəllimlərin akademik və peşəkar hazırlığı, təhsilalanların akademik və sosial-mədəni fəaliyyətlərinin ortaq təşkili perspektivləri müzakirə olundu. 
Dəvət üçün Dünya Məktəbinin rəhbəri Aygün xanıma və komandasına təşəkkür edir və məktəbin  fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.