Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli "Div Academy" təlim və tədris müəssisəsində

Oktyabrın 14-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın üzvü olan "Div Academy" təlim və tədris müəssisəsinin dəvəti ilə mərkəzin qonağı oldu. Görüşdə uşaqlar üçün dövrün müasir texnologiyaları, proqramlaşdırma və rəqəmsal savadlılıq sahələri üzrə layihələrin mümkün yolları müzakirə edildi. Div Academy rəhbərliyinə və komandasına böyüklərlə yanaşı, uşaqlar üçün də şagird mərkəzli proqramları tərtib etməkdə assosiasiya ilə birgə əməkdaşlıq etdikləri üçün təşəkkür edirik.