Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli assosiasiyanın üzvü olan Dərs Evi innovativ tədris mərkəzinin qonağı oldu

Oktyabrın 21-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın üzvü olan Dərs Evi innovativ tədris mərkəzinin qonağı oldu. Görüş zamanı müəllimlərin akademik və peşəkar hazırlığı, həmçinin şagirdlərə ixtisas seçimlərində effektiv istiqamət verilməsi və onların imtahanlara psixoloji hazırlanması məsələləri üzrə nəzərdə tutulan proqramlar müzakirə edildi. Dərs Evi rəhbərliyinə və dinamik komandasına assosiasiya ilə birgə əməkdaşlıq etdikləri üçün təşəkkür edir və fəaliyyətlərində uğurlar arzu edirik.