Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Heydər Eminli assosiasiyanın üzvü olan Bakı İstanbul Liseyinin qonağı oldu

25 noyabr tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın üzvü olan Bakı İstanbul Liseyinin qonağı oldu. Liseydə şagirdlərin təlim-tədrislə yanaşı həm də aktiv şəkildə sosial və idman fəaliyyətlərinə də cəlb olunması onların hərtərəfli sağlam böyüməsinə müsbət təsir göstərir. Görüş zamanı Bakı İstanbul Liseyinin assosiasiyanın digər üzv məktəbləri ilə ortaq proqramlarının müzakirəsi aparıldı. Liseyin direktoru Tural Abasquliyevə və həvəslə çalışan məktəb heyətinə assosiasiya ilə əməkdaşlıq etdikləri üçün təşəkkür edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.