Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

"Maestro School" təlim və tədris müəssisəsinin dəvəti ilə mərkəzin qonağı olduq

Dekabrın 15-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın yeni üzvü olmuş "Maestro School" təlim və tədris müəssisəsinin dəvəti ilə mərkəzin qonağı oldu. Görüşdə uşaqlar və yeniyetmələr üçün Maestro School-un təklif etdiyi dövrün müasir texnologiyaları, proqramlaşdırma, robotexnika və rəqəmsal savadlılıq sahələri üzrə ortaq layihələrin mümkün yolları müzakirə edildi. Maestro School rəhbərliyinə və komandasına uşaqlar üçün şagird mərkəzli proqramları həyata keçirməkdə assosiasiya ilə birgə əməkdaşlıq etdikləri üçün təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.