Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Beynəlxalq TeenEagle English Competition müsabiqəsinin mükafatlandırılması

  • Yanvarın 13-də Beynəlxalq TeenEagle English Competition müsabiqəsinin Respublika qaliblərinin mükafatlandırılması baş tutdu. Şagirdlər göstərdikləri nəticələrə görə qızıl, gümüş, bürünc və fəxri sertifikatlarla təltif olundular. Yarış Beynəlxalq TeenEagle müsabiqəsinin ölkə üzrə rəsmi təmsilçisi Zirve liseyi tərəfindən Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının tərəfdaşlığı ilə keçirildi. Tədbirdə Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası sədri Heydər Eminli də iştirak etmişdi.

  • Beynəlxalq"TeenEagle" Müsabiqəsi şagirdlərə ingilis dili üzrə bilik və bacarıqlarını nümayiş etdirməyə, tənqidi oxu, araşdırma, müstəqil çalışma və yaradıcılıq kimi şəxsi atributları inkişaf etdirməyə şərait yaradır.️

  • Müsabiqənin qaliblərini və bütün iştirakçı şagirdləri təbrik edirik. Həmçinin, "TeenEagle" müsabiqəsinin şəffaf şəkildə təşkilində Zirve Liseyi rəhbərliyinə və Abşeron rayon təşkilatına təşəkkür edirik.