Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

APEIA sədri Heydər Eminli SABIS SUN International School - Baku məktəbində

18 yanvar tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli assosiasiyanın yeni üzvü olan SABIS SUN International School - Baku məktəbinin qonağı oldu. Məktəbin kampusunda şagirdlərin təlim-tədrislə yanaşı, həm də aktiv şəkildə sosial və idman fəaliyyətlərinə də cəlb olunması onların hərtərəfli sağlam böyüməsinə müsbət təsir göstərir. Görüş zamanı Sabis Sun Məktəbinin assosiasiyanın digər üzv məktəbləri ilə ortaq proqramlarının müzakirəsi aparıldı. Məktəbin direktoru Francois Enslinə və bütün məktəb heyətinə assosiasiya ilə əməkdaşlıq etdikləri üçün təşəkkür edir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.