Yanvarın 30-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində UNEC-də olub.
Yanvarın 30-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində UNEC-də olub.
UNEC rektoru professor Ədalət Muradov şura üzvləri ilə görüşərək, öncə şəhid olmuş məzun və tələbələrin xatirəsinə ucaldılan memorial-abidə kompleksini ziyarət ediblər. Sonra 24/7 kitabxana, Ekstern mərkəzi, Karyera mərkəzi, Bloomberg Maliyyə laboratoriyası, hibrid auditoriyanın iş fəaliyyəti ilə tanış olublar. Şura üzvlərinə UNEC-in Eduman sistemi üzərindən tələbə və müəllim kabinetlərinin iş prinsipi əyani şəkildə nümayiş olunub.
UNEC-in elmi-pedaqoji və elmi-tədqiqat sahəsindəki fəaliyyətlərində uğurlar arzu edirik. Prof. Ədalət müəllimə şura üzvlərini qəbul etdiyi üçün təşəkkür edirik.