Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Yanvarın 17-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən 300-dən çox məktəb direktoru ilə görüşüb.

İctimai dinləmə formatında olan görüşdə Heydər Eminli səriştə yönümlü təhsilin əhəmiyyətini vurğulayıb. O, qeyd edib ki, şagirdləri həm ali məktəblərdə və iş həyatında müvəffəq olmağa, həm də gələcəyin çağırışlarına hazırlamaq üçün səriştələri və yumşaq bacarıqları şagirdlərə təhsil boyu aşılamaq lazımdır. O, həmçinin şagirdlərin yaradıcılıq və xəyal gücünü inkişaf etdirmək barəsində də məktəb direktorları ilə diskussiya aparıb.

#İctimaiDinləmə #ETNyanındaİctimaiŞura #DövlətÖzəlTərəfdaşlığı #apeiaeduaz #səriştəyönümlütəhsil