Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Yanvarın 16-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub.

Yanvarın 16-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub.

Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov şura üzvlərini salamlayaraq akademiyada elm və təhsil sahəsində həyata keçirilən layihələr, görülən işlər haqqında məlumat verib. 

Daha sonra İctimai Şura üzvləri DGKA-nın keyfiyyətli tədris mühitinin yaradılması istiqamətində tətbiq etdiyini yeniliklər ilə tanış olublar. İctimai Şura üzvləri həmçinin tələbələrin gömrük sahəsində nəzəri bilikləri təcrübə etmələri üçün qurulan müasir elmi-praktik iş otaqları və laboratoriyalarına baş çəkiblər.

Görüşdə akademiyanın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri haqqında təqdimat nümayiş olunub və akademiyada tələbələrin biliyinin qiymətləndirilməsi mexanizmi haqqında videoçarx təqdim edilib.

Daha sonra akademiyada imtahanların keçirilməsi mexanizmi İctimai Şura üzvlərinə əyani şəkildə izah edilib.

Sonda iştirakçılar ayrı-ayrı auditoriyalarda imtahan prosesini müşahidə edib, akademiyada yaradılan şərait və infrastrukturla yaxından tanış olublar.

Dəvət üçün akademiyanın rəisi Qulu müəllimə təşəkkür edir və akademiyanın fəaliyyətində uğurlar arzu edirik. 

#ETNyanındaİctimaiŞura #DGKA #apeiaeduaz #DövlətÖzəlTərəfdaşlığı