Yanvarın 9-da Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli Elm və Təhsil Nazirliyi yanında İctimai Şura tərkibində Azərbaycan Dillər Universitetinə baş çəkmişdi.
ADU-nun rektoru, akademik Kamal Abdulla universitetin nailiyyətləri barədə şura üzvlərinə geniş məlumat vermişdi. Görüş zamanı universitetin son dövrlərdə həm elmi-tədqiqat, həm də təlim-tədris prosesindəki yenilikləri qeyd olundu. Assosiasiya sədri Heydər Eminli universitet məzunlarının özəl təhsil müəssisələrində uğurlu karyera qurmaları və iş imkanları ilə bağlı universitet rəhbərliyinə məlumat verdi. Daha sonra Şura üzvləri imtahan prosesini müşahidə etdi.
Dəvət üçün akademik Kamal müəllimə təşəkkür edir, universitetin fəaliyyətlərində uğurlar arzu edirik.
#azərbaycandilləruniversiteti #ETNyanındaİctimaiŞura
#apeiaeduaz #dövlətözəltərəfdaşlığı