Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Noyabrın 5-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri,Heydər Eminli Bakı İstanbul Liseyinin (@baku.istanbul.liseyi ) qonağı olmuşdu.

Noyabrın 5-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Heydər Eminli Bakı İstanbul Liseyinin (@baku.istanbul.liseyi ) qonağı olmuşdu. Lisey Milli və Beynəlxalq Kurikulumlar üzrə uğurlu təlim-tədris həyata keçirir. 
Görüş zamanı "Yaşıl dünya naminə həmrəylik" şüarı ilə reallaşan II Super Liqa - Mini-futbol Çempionatında fəal iştirak etmiş Liseyin şagirdlərdən ibarət yığma komandasının üzvləri xüsusi təşəkkürnamələr ilə təltif edildilər. 
Bakı İstanbul Liseyinin komandası III Super Liqa - 2025 Oyunlarına həvəslə hazırlaşırlar. Liseyin həm təhsil, həm də incəsənət və idman sahələrindəki fəaliyyətlərində, onlara müvəffəqiyyətlər arzu edirik. Dəvət üçün Lisey rəhbərliyinə təşəkkür edirik.
#apeiaeduaz #BakıİstanbulLiseyi #SuperLiqa #ETNyanındaİctimaiŞura #təhsilüçünələlə