Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Dekabrın 4-də“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirildi.

Dekabrın 4-də Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirildi.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli, dövlət və hökumət nümayəndələri, bir sıra universitetin rəhbər heyəti, regional təhsil idarələrinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də Böyük Britaniya və Finlandiyadan olan məruzəçilər və yerli mütəxəssislər iştirak etmişdi.
#TKTA #TəhsilTV #EduAz #MəktəbəqədərTəhsil #Keyfiyyət #apeiaeduaz #TəhsilYenilikləri #BeynəlxalqKonfrans