Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

"Networking" səhər yeməyi keçirildi

23 sentyabr tarixində Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının ənənəvi "Networking" səhər yeməyi yığıncağı təşkil olundu. Görüşdə ölkənin özəl təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, millət vəkili Ceyhun Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov iştirak etdilər.
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası idarə heyətinin sədri Heydər Eminli qonaqları salamladıqdan sonra millət vəkili Ceyhun Məmmədov və digər qonaqlar təhsil sahəsində dövlət-özəl tərəfdaşlığı, həmçinin ölkəmizin təhsil sahəsində özəl təhsil müəssisələrinin rolu, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında öz dəyərli fikirlərini paylaşdılar. 
Görüş iştirakçılarına təşəkkür edir və 2023-2024 tədris ilində təhsil müəssisələrinə fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.