Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

"Dünya Kitab Günü" həftəsi

18 aprel tarixində "Dünya Kitab Günü" həftəsi çərçivəsində Evrika Liseyinin Dram Klubu və İngilis bölməsi şagirdləri Britaniya ədəbiyyatının incilərini nümayiş etdirdilər. Şagirdlər müxətlif əsərlərin yazıçılarını canlandırdılar. Şagirdlər daha sonra Çarlz Dikensın "Oliver Tvist" əsərini səhnələşdirdilər.

Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan tədbirdə Böyük Britaniyanın ölkəmizdəki səfiri cənab Fergus Auld və Assosiasiyanın sədri Heydər Eminli də iştirak edirdi. Dəvətimizi qəbul edib tədbirdə iştirak etdiyi üçün cənab Səfirə təşşəkkür edir, Evrika Liseyinə fəaliyyətlərində uğurlar arzu edirik.

British Embassy Azerbaijan - Britaniyanın Azərbaycandakı Səfirliyinə və Evrika Liseyinə təşəkkür edirik.
#apeia #EvrikaLiseyi #Drama #education #collaboration #ozeltehsil #cambridge