Bağla
closebutton

Təhsil millətin gələcəyidir! (H.Əliyev)

Evrika Liseyində tərəfdaşlıq çərçivəsində “İstedadlı məktəbli” festivalı baş tutdu

Oktyabrın 28-də Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının üzvü olan Evrika Liseyində tərəfdaşlıq çərçivəsində “İstedadlı məktəbli” festivalı baş tutdu. Festivalda şagirdlər öz əl işlərini, rəsm əsərlərini sərgilədilər və satışa təqdim etdilər. Festivalda Assosiasiyanın üzvlərindən olan Hədəf Liseyinin də şagirdləri fəal iştirak etmişdilər. 

Qeyd edək ki, festivaldan toplanan məbləğ Unicef Azerbaijan fonduna və SMA xəstəsi olan uşaqların müalicəsinə bağışlanacaq. 

Belə fəaliyyətlər şagirdlərdə yaradıcılıq, özünə güvən, sosiallaşma, əməkdaşlıq, yardımsevərlik, empatiya və qayğıkeşlik kimi dəyərlərin inkişaf etdirilməsində böyük rol oynayır. Evrika Liseyi rəhbərliyinə və komandasına bütün şagirdlər üçün faydalı olan belə əhəmiyyətli tədbirin təşkilində təşəkkürümüzü bildirir və fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik.